Şahmatçılarımız İranda keçirilən beynəlxalq turnirdə uğurla çıxış edirlər
İranın Məşhəd şəhərində “Firdovsi Open” beynəlxalq şahmat turnirində 6-cı turun oyunları keçirilib. Altıncı turda təmsilçilərimiz yerli şahmatçılar üzərində qələbə qazanıblar. Qədir Hüseynov Mohammademin Molaeini, Vüqar Rəsulov Kasra Qodarzı və Azər Mirzəyev isə Mahdi Binae Tavallaeini məğlub edib.

Altı turdan sonra Rusiya şahmatçıları Pavel Maletin, Maksim Çiqayev və Ukrayna təmsilçisi Aleksandr Zubarev hərəyə 5,5 xal toplayaraq turnirə liderlik edirlər. Həmyerlilərimiz Qədir Hüseynov və Vüqar Rəsulov liderlərdən yarım xal az toplayaraq 5 xalla altıncı və səkkizinci pillədə qərarlaşıblar. Azər Mirzəyev isə aktivinə 4 xal yazaraq 27-ci yerdədir.

Turnirdə ölkəmizlə yanaşı Gürcüstan, Əfqanıstan, Ermənistan, Rusiya, Ukrayna, Niderland, Latviya, İran və İraqdan 178 zəka sahibi birincilik uğrunda mübarizə aparır.

Xəbər 792 dəfə oxundu.