“Tata Stell Chess-2016” beynəlxalq şahmat festivalı | |
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi “Tata Steel Chess” beynəlxalq şahmat festivalı başa çatıb. Yarışın sonuncu günündə Şəhriyar Məmmədyarov rusiya şahmatçısı Sergey Karyakinlə xalları yarı bölüb. Beləliklə, 13 turdan aktivinə 6.5 xal yazan təmsilçimiz turniri 8-ci yerdə başa vurub. Turnirin qalibi adını isə 9 xal toplayan dünya çempionu Maqnus Karlsen qazanıb. Festivalın “Tata Stell Chess-Chanlengers” turnirində mübarizə aparan Eltac Səfərli sonuncu turda Gürcüstan təmsilçisi Nino Batiaşvili üzərində qələbə qazanaraq 9 xalla 1-3-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə, Səfərli 2-ci yerin sahibi olub. Bu qrupda mübarizə aparan digər həmyerlimiz Nicat Abasov isə yerli şahmatçı Ervin L Ami ilə heç –heçə edərək 6 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Xatırladaq ki, turnir dairəvi sistem üzrə 13 turdan ibarət keçirilirdi. |
|
Xəbər 680 dəfə oxundu. |
|
|