“Lokomotiv”- “Volero” voleybol oyununu idarə edəcək hakimlər müəyyənləşib
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubunun Çempionlar Liqası yarışlarının play-off mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.

Bakı təmsilçisi fevralın 10-da Azərbaycan Voleybol Mərkəzində İsveçrənin “Volero” komandası ilə qarşılaşacaq. Oyunu yunanıstanlı baş hakim Konstantinos Voudouris idarə edəcək. İkinci hakim funksiyasını almaniyalı Ralf Barnstrof yerinə yetirəcək.

Komandalar arasında cavab oyunu isə fevralın 25-də Sürixdəki “Saalsporthalle” Arenada təşkil olunacaq.

Qeyd edək ki, “Volero”nun heyətində Azərbaycan milli komandasının üzvü Nataliya Məmmədova çıxış edir.

Xəbər 746 dəfə oxundu.