Vüqar Həşimov beynəlxalq mükafatının ilk sahibləri müəyyənləşib
Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib.

Mükafat ilk dəfə Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə “Tata Steel Chess” super turnirinin bağlanış mərasimində təqdim olunub.

Mükafatın qaliblərini mərhum şahmatçının ailəsi adından qardaşı Sərxan Həşimovdan, Veyk-an-Zee turnirinin direktoru Yerun van den Beradan və yarışın baş hakimi Pavel Votrubadan ibarət münsiflər heyəti seçib. Qalib “Fair-play” qaydalarına uyğun olaraq müəyyənləşib. Mükafatın qalibi müəyyən edilərkən Vüqar Həşimovun həmişə yarışlarda şahmata, azarkeşlərə və təşkilatçılara göstərdiyi hörmət prinsipi nəzərə alınıb.

Mükafata David Navara (“A” turniri) və Yorden fan Foreist (“B” turniri) sahib olublar. Mükafatı təqdim edən Sərxan Həşimov turnirin təşkilatçılarına təşəkkürünü bildirib və yeni ənənənin bağlandığını vurğulayıb.

David Navara mükafata görə minnətdarlığını ifadə edərkən deyib: “Sonsuz qürur hissi keçirirəm və hər kəsə təşəkkürümü bildirirəm. Vüqar çox dəyərli bir insan və dost olub. Mərhum şahmatçının xatirəsinə Şəmkirdə təşkil edilən turnirin ənənəvi olmasını arzulayıram.

Xəbər 729 dəfə oxundu.