Azərbaycan Gəncləri Gününə həsr olunan veloyürüşdə 200-dən artq velosipedçi iştirak edib
2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə yanvarın 31-də “Gənclik veloyürüşü” keçirilib. Yürüş Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF), “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə təşkil olunub.

200-dən artıq peşəkar və həvəskar velosipedçinin qatıldığı yürüşün iştirakçıları arasında gürcüstanlı həvəskar velosipedçi, dünya səyahəti çərçivəsində Azərbaycandan keçən Nodar Beridze də olub.

Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək Azneft meydanı–Neftçilər prospekti–Heydər Əliyev Mərkəzi–Səməd Vurğun bağı–Rəşid Behbudov küçəsi–Heydər Əliyev Sarayı–Səməd Vurğun küçəsi–Dəniz vağzalı marşrutu üzrə hərəkət ediblər.

Veloyürüşün məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdır.

Xəbər 744 dəfə oxundu.