Qəbələ Kəpəzlə matçın hazırlıqlarına start verir | |
Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını başa vurub, vətənə qayıdan “Qəbələ” hazırlıqlarını bu gün bərpa edəcək. Yanvarın 25-də ölkəyə qayıtdıqdan sonra ikigünlük istirahətə buraxılan “qırmızı-qaralar” ayın 27-də bir araya gələrək ilk məşqinə çıxacaq. Topaz Premyer Liqasının 19-cu turunun “Kəpəz”lə oyununun hazırlığına başlayacaq Roman Qriqorçukun yetirmələri bir məşqlə kifayətlənəcək. Komanda günün ikinci yarısında hazırlıq keçəcək. Məşq prosesi Qəbələdə baş tutacaq. “Qırmızı-qaralar” hazırlığı tam heyətlə gerçəkləşdirəcək. Qeyd edək ki, yanvarın 30-da baş tutacaq “Kəpəz” – “Qəbələ” oyunu Gəncədə keçiriləcək. |
|
Xəbər 698 dəfə oxundu. |
|
|