Azərbaycanın U-21 komandası albaniyalı həmyaşıdlarına böyük hesabla qalib gəlib
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turnirində yanvarın 26-da üçüncü oyununu keçirib.

Albaniyanın U-21 yığması ilə qarşılaşan komandamız qələbə qazanıb – 4:0.

Oyunda hesabı Vüqar Mustafayev açıb. İkinci qolu Azər Salahlı, üçüncünü isə Kamal Mirzəyev vurub. Qarşılaşmanın yekun hesabını müəyyənləşdirən qolun müəllifi Kamran Abdullazadə olub.

Yığmamız turnirdə son oyununu yanvarın 28-də Bəhreynin U-20 komandasına qarşı keçirəcək.

Xəbər 832 dəfə oxundu.