Azərbaycan yığması Qran-pridə iştirak üçün Braziliyadan Kubaya yollanıb
Cüdo üzrə Azərbaycan millisi Braziliyada təlim-məşq toplanışını başa vurub.

Hazırlığın ardından yığma komanda Kubaya yollanıb.

Millimiz yanvarın 22-dən 24-dək burada keçiriləcək Havana Qran-pri turnirinə qatılacaq.

Yarışda baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kakouri (+100 kq) uğur qazanmağa çalışacaqlar.

Xəbər 774 dəfə oxundu.