“Sumqayıt” futbol klubu Rumıniya təmsilçisi “Voluntari” ilə oyundan heç-heçə ilə ayrılıb | |
Antalyada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib. Baş məşqçi Samir Abasovun rəhbərlik etdiyi komanda Rumıniyanın “Voluntari” klubu ilə üz-üzə gəlib. 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar qarşılaşma bir dəqiqəlik sükutla başlayıb. İlk yoxlama matçında Qazaxıstanın “Akjayık” klubunu 1:0 hesabı ilə məğlubiyyətə uğradan “Sumqayıt” bu görüşdən 0:0 hesablı heç-heçə ilə ayrılıb. Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama oyunlarını yanvarın 21-də İran çempionu “Sepehan”a və bir gün sonra Rumıniyanın yüksək liqa təmsilçisi “Petrolul”a qarşı keçirəcək. |
|
Xəbər 693 dəfə oxundu. |
|
|