“Tata Stell Chess-2016” beynəlxalq şahmat festivalı davam edir | |
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi “Tata Stell Chess-2016” beynəlxalq şahmat festivalında 2-ci turun oyunları yekunlaşıb. İlk turda yerli şahmatçı Van Veli ilə xalları yarı bölən Şəhriyar Məmmədyarov ikinci görüşündə də rusiyalı Yevgeni Tomaşevski ilə sülh bağlayıb. Festivalın “B” turnirində mübarizə aparan Eltac Səfərli birinci turda ABŞ təmsilçisi Samuel Sevian üzərində qələbə qazanıb. Nicat Abasov isə ilk turu məğlubiyyətlə başa vurub. İkinci turda isə Eltac Səfərli və Nicat Abasov üz-üzə gəliblər. Qarşılaşma sülh ilə nəticələnib. Yarışın qaydalarına görə, iştirakçıları iki səyyar tur gözləyir. Birinci tur Amsterdamda NEMO elmi muzeyində, ikincisi isə Utrexte dəmiryolu muzeyində keçiriləcək. Qeyd olunub ki, dairəvi sistem üzrə keçirilən şahmat festivalı yanvarın 31-dək davam edəcək. |
|
Xəbər 884 dəfə oxundu. |
|
|