Gəncədə kikboksinq üzrə açıq birinciliyin qalibləri müəyyənləşib
Gəncə Olimpiya İdman Kompleksində 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə kikboksinq üzrə Uşaq-Gənclər Fiziki Hazırlıq Klubunun açıq birinciliyi təşkil olunub.

Birincilik Azərbaycan Kikboksinq Federasiyası, Gəncə Kikboksinq Klubu, Gəncə şəhər Təhsil İdarəsi, Gəncə şəhər Gənclər və İdman İdarəsi, Uşaq Gənclər Fiziki Hazırlıq Klubunun (UGFHK) birgə təşkilatçılığı ilə keçirilib.

Biricincilikdə 20 komandadan 300-ə yaxın idmançı mübarizə aparıb.

Yarışda birinci yerə UGFHK-nın komandası sahib olub. İki nömrəli Uşaq-Gənclər İdman Məktəbi gümüş, “Bakı” (Qarabağ və Şindi) komandası isə bürünc medallara sahib olublar.

Yarışda Gürcüstanın Marnueli şəhərindən komanda da iştirak edib.

Xəbər 1543 dəfə oxundu.