AZAL divizion klubuna qalib gəldi | |
Bu gün AFFA və PFL tərəfindən təşkil olunan qış kubokunda növbəti oyun keçirilib. Üçüncü oyun günündə də bir görüş baş tutub. Bu dəfə AZAL birinci divizion klubu MOİK-lə üz-üzə gəlib. Bu, "hərbçilər"in turnirdəki ilk oyunu idisə, "təyyarəçilər" ikinci matça çıxmışdılar. Qarşılaşma elita təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb. 16 yanvar AZAL - MOİK - 2:0 (1:0) Qollar: Tərlan Xəlilov (1:0). Nuqzar Kvirtiya (2:0). Bakı. "Bayıl Arena". İlk turun nəticələri: "Neftçi" - AZAL - 1:0 "Neftçala" - "Şərurspor" - 2:2 |
|
Xəbər 684 dəfə oxundu. |
|
|