Bakının “İnter” klubu Almaniyanın “Verder” komandası ilə qarşılaşıb | |
Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu yanvarın 15-də növbəti yoxlama görüşünə çıxıb. Paytaxt klubu ikinci sınağında da Almaniya təmsilçisi ilə qarşılaşıb. Belə ki, “İnter” bir neçə gün əvvəl bu ölkənin "Verder" klubunun ikinci komandası ilə qarşılaşmış və 0:1 hesablı məğlubiyyətlə üzləşmişdi. Ancaq bu dəfə baş məşqçi Zaur Svanadzenin çalışdırdığı kollektiv “Verder”"in əsas komandası ilə qarşılaşıb. Lakin Bakı təmsilçisi yenə meydandan məğlub ayrılıb – 0:1. “İnter”in Antalya toplanışında daha iki yoxlama oyunu keçirməsi planlaşdırılır. Bakı təmsilçisi yanvarın 19-da Çexiyanın “Slovan”, dörd gün sonra isə Qazaxıstanın “Atırau” kollektivi ilə üz-üzə gələcək. |
|
Xəbər 791 dəfə oxundu. |
|
|