Cüdo üzrə Bakı şəhər açıq çempionatı keçiriləcək | |
Yanvarın 11-dən 14-dək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə oğlanlar və qızlar arasında cüdo üzrə açıq şəhər çempionatı keçiriləcək. Xəzər rayonundakı Şağan Olimpiya İdman Kompleksində qalib adı uğrunda müxtəlif çəki dərəcələri üzrə 2002-2003 və 2004-2005-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar. Çempionatda ilk üç yeri tutan idmançılar baş idarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunacaqlar. |
|
Xəbər 825 dəfə oxundu. |
|
|