Azərbaycan yığması təlim-məşq toplanışını Antalyada keçirəcək
Futbol üzrə Azərbaycan milli komandasının hazırlıq planı bəlli olub.

Yığmamız Türkiyədə təlim-məşq toplanışı keçirəcək.

Təlim-məşq toplanışı martın 21-dən 27–dək Antalyada təşkil olunacaq. Baş məşqçi Robert Prosineçkinin hazırlığa hansı futbolçuları dəvət edəcəyi isə hələ ki müəyyənləşməyib.

Toplanış müddətində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulur.

Xəbər 704 dəfə oxundu.