Azərbaycan millisi qrupda son oyununu keçirəcək
Sankt-Peterburqda təşkil edilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrupda son matçına çıxacaq.

“C” qrupunda yer alan millimiz Sloveniyanın U-19 komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hazırda hesabında dörd xal olan baş məşqçi Təbriz Həsənovun rəhbərlik etdiyi komanda ilk iki turdan sonra lider Sloveniya ilə birgə birinci-ikinci yerləri bölüşür. Milli komandamız liderlə görüşdə qələbə qazanarsa, ən güclü dörd komanda sırasında olacaq. Qrupdakı digər komandalardan Latviya iki xalla üçüncü pillədədir. Bolqarıstanın isə aktivində xal yoxdur.

Xəbər 770 dəfə oxundu.