"Qarabağ" "Qalatasaray"ı qabaqladı, dünyada 77-ci yerdədi | |
Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 203 komandası yer alıb. Azərbaycan 2015-ci ilin yekunlarının əksini tapdığı siyahıda 3 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dı. Komandamız 142 xalla 77-ci yerdədi və bu pilləni İspaniya “Valensiya”sı ilə bölüşür. "Qarabağ" “Borussiya” (Mönhenqladbax, Almaniya), “İnter” (İtaliya), MOİK (Rusiya), “Styaua” (Rumıniya), “Benfika” (Portuqaliya), “Marsel” (Fransa), “Santos” (Braziliya) kimi komandaları qabaqlayır. Türkiyə klublarından “Qalatasaray” və “Beşiktaş” da komandamızdan aşağıda qərarlaşıb. 139,50 xalı olan “Cim-Bom” “Qarabağ”dan 5 pillə aşağıda – 82-ci yerdə qərarlaşıb. 132 xalı olan “Beşiktaş” isə 95-cidi. Ümumiyyətlə 203 ən yaxşı arasında 4 komanda ilə təmsil olunan Türkiyənin ən yaxşı klubu “Fənərbaxça” 39-cudu – 174,50. “Qəbələ” 116 xalla 124-cü pilləyə şərik olan 5 klub sırasında qərarlaşıb. Bakı “İnter”i 92 xalla 192-ci yerə şərikdi. Siyahıya İspaniya “Barselona”sı başçılıq edir – 379. İtaliya klubları “Yuventus” 286 xalla 2-ci, “Napoli” 268 xalla 3-cüdü. |
|
Xəbər 748 dəfə oxundu. |
|
|