Mübariz Mənsimov “Beşikdaş”ın prezidentliyinə namizədlər arasında | |
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun adı yenidən “Beşikdaş” klubunun prezidentliyinə iddialılar sırasında göstərilib. İdman.com.az saytının “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, klubun hazırkı rəhbəri İldırım Dəmirörən Türkiyə Futbol Federasiyasının (TFF) başçısı vəzifəsinə əsas namizədlərdən biridir. Əgər tanınmış iş adamı TFF rəhbəri olsa, o zaman “ağ-qaralar”ın prezidenliyi vəzifəsinə seçki keçiriləcək. Türkiyə mətbuatı bu vəzifəyə real namizədlər sırasında Mənsimovun da adını çəkib. Qeyd edək ki, “Xəzər Lənkəran” klubunun sahibi olan Mübariz Mənsimov qonşu ölkədə “Beşikdaş”lı kimi tanınır. O, “Beşiktaş”ın çətin durumunda bu kluba az yardım etməyib. Hətta “Beşikdaş TV”nin məhz Mənsimovun maliyyə dəstəyi ilə açıldığı deyilir. |
|
Xəbər 1056 dəfə oxundu. |
|
|