“Qarabağ” klubu təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanıb | |
Ağdamın “Qarabağ” futbol klubu bu gün təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanıb. Ağdam klubu yanvarın 24-dək Antalyada hazırlıq keçəcək. Baş məşqçi Qurban Qurbanovun komandası Türkiyədə dörd yoxlama oyununda qüvvəsini sınayacaq. “Qarabağ” yanvarın 16-da İranın “Traktorsazi”, dörd gün sonra Macarıstanın “Dioşdyor”, yanvarın 23-də isə Avstriyanın “Admira Vakker” və Polşanın “Yaqelloniya” komandaları ilə qarşılaşacaq. |
|
Xəbər 817 dəfə oxundu. |
|
|