“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının trekinə daxil olan küçələrdə təmir-tikinti işləri davam edir
“Formula-1” üzrə Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” (Baku City Circuit) şirkəti gələn ilin iyununda keçiriləcək bu mötəbər yarış ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinə daxil olan mərkəzi küçələrində təmir-tikinti işləri həyata keçirilir.

Asfalt örtüyünün təmiri ilə əlaqədar olaraq, Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun iki zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb. Bununla əlaqədar olaraq, Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində yerləşən işıqfora sarı döyünən işıq əmri tətbiq edilib.

Yarışdan əvvəl salınacaq və “Formula-1” standartına cavab verən yenilənmiş yollar daimidir və Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Xəbər 634 dəfə oxundu.