Amerikalı voleybolçu: İrəlilədikcə, rəqiblər daha gücü və səviyyəli olur
“Biz bu gün çox yaxşı oynadıq. Azarkeşlərimiz önündə layiqli qələbə qazandıq”. İdman.com.az saytının məlumatına görə, bunu “Azərreyl” klubunun voleybolçusu Cennifer Tamas deyib.

Amerikalı legioner Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə İsveçrənin “Volero” komandasına 3:0 hesablı ilə qalib gəldikləri oyuna münasibət bildirib. Tamasın sözünə görə, Sürix təmsilçisi üzərində qələbə “Azərreyl”in daha bir mərhələni arxada qoyması ilə nəticələnib.

O, həmçinin 1/4 finalda rəqiblərinin Kazan “Dinamo”su olacağını bildirib və bu klubla görüş barədə fikirlərini açıqlayıb: “Növbəti mərhələ daha çətin olacaq. “Dinamo” çox güclü komandadır. Turnirdə irəlilədikcə rəqiblərimizin gücü və səviyyəsi daha da artacaq”.
Qeyd edək ki, “Dinamo” ilk matçda “Dresdner”i məğlub edib. Bu komandalar arasında cavab matçı bu gün olacaq.

Xəbər 1088 dəfə oxundu.