İntizam Komitəsinin qərarları | |
İntizam Komitəsinin 22 dekabr 2016-cı il tarixli qərarına əsasən, “Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” klubunun məşqçisi Arif Rizvanov texniki zona qaydaların pozduğuna görə 1 oyunluq cəzalandırılmışdır. Lakin oyunun protokoluna səhvən “Qaradağ Lökbatan” klubunun məşqçisi Araz Əliyevin əvəzinə “Ağsu” klubunun məşqçisi Arif Rizvanovun adı qeyd olunmuşdur. Daxil olan yeni faktlara və hakimin raportuna əsasən İntizam Komitəsi bu məsələyə yenidən qayıdaraq aşağıdakı qərarı qəbul edir: 18 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XIII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçının 90-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi Araz Əliyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).. 25 dekabr 2015-ci il Bakcell U-17 Liqasının “Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). 21 dekabr 2015-ci il Bakcell U-17 Liqasının “Kəpəz” – “Rəvan” matçının 60-cı dəqiqəsində “Kəpəz” klubunun 2 №-li futbolçusu Maşallah Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). 26 dekabr 2015-ci il Bakcell U-17 Liqasının “Bakı” – “Sumqayıt” matçının 76-cı dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Allahverdi Tarıverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). 26 dekabr 2015-ci il Bakcell U-17 Liqasının “Qəbələ” – “İnter” matçının 66-cı dəqiqəsində “İnter” klubunun 55 №-li futbolçusu Vəfalı Qasımov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). 24 dekabr 2015-ci il U-16 Liqasının “Neftçi” İK İB – “Kəpəz” matçının 15-ci dəqiqəsində “Kəpəz” klubunun 1 №-li futbolçusu Pərvin Zeynalov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). 24 dekabr 2015-ci il U-16 Liqasının “Vətən” – “Rəvan” matçının 80-cı dəqiqəsində “Vətən” klubunun 13 №-li futbolçusu Aslan İmranov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). 27 dekabr 2015-ci il U-16 Liqasının “Bakı” – “İnter” matçının 72-ci dəqiqəsində “Bakı” klubunun 11 №-li futbolçusu Cavid Nəcizadə hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).. 27 dekabr 2015-ci il U-16 Liqasının “Bakı” – “İnter” matçının 79-cu dəqiqəsində “İnter” klubunun 19 №-li futbolçusu Əbdülkərim Ağamalıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48). 26 dekabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının “Neftçi” PFK – “Zirə” matçının 73-cü dəqiqəsində “Neftçi” klubunun 6 №-li futbolçusu Murtuzəli Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1). 26 dekabr 2015-ci il Boulevard Hotel U-15 Liqasının TİM (Gəncə) – “Bakı” FK matçında “Bakı” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). 20 dekabr 2015-ci il Coca Cola U-13 Liqasının “Kəpəz” – UGİM (Göygöl) matçında UGİM (Göygöl) klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). 26 dekabr 2015-ci il Coca Cola U-13 Liqasının “Zirə” FK – AZAL PFK matçında AZAL klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). 26 dekabr 2015-ci il Coca Cola U-13 Liqasının UGİM (Göygöl) – Lokomotiv (Gəncə) matçında UGİM klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). 21 dekabr 2015-ci il U-12 Liqasının Bağman TİM (Gəncə) – Arzu UGİM-1 (Gəncə) matçında Bağman TİM komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). 26 dekabr 2015-ci il U-10 Liqasının Fortuna Səbayıl (Bakı) – Vətən RİOEUG matçında Fortuna Səbayıl klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). |
|
Xəbər 794 dəfə oxundu. |
|
|