Azərbaycan idmançısı Zabit Səmədov polşalı rəqibindən revanş alıb | |
Çeçenistanda "Qroznaya bitva 13" adlı döyüş gecəsi keçirilib. Gecənin əsas görüşündə azərbaycanlı K-1 idmançısı Zabit Səmədov Avstraliyada yaşayan Polşa əsilli Pol Slavinskiylə üz-üzə gəlib. Üç raundluq görüş zamanı rəqibini üç dəfə nokdauna salan Z.Səmədov sonda hakimlərin yekdil qərarı ilə inamlı qələbə qazanıb. Bununla da Zabit Səmədov 2007-ci ildə Amsterdamda məğlub olduğu rəqibdən revanş almağı bacarıb. Qeyd edək ki, qələbə münasibətilə Z.Səmədovu ilk olaraq Çeçenistan prezidenti Ramzan Kadırov təbrik edib və ona son model "Mercedes" avtomobili bağışlayıb. |
|
Xəbər 644 dəfə oxundu. |
|
|