“Neftçi” futbol klubu şura üzvləri bir araya gələrək vacib iclas keçirəcək
Bu gün “Neftçi” futbol klubu şura üzvləri bir araya gələrək vacib iclas keçirəcək.

İclasda klubun baş məşqçi məsələsi və qış planları ilə bağlı mühüm qərarlar veriləcək.

Hazırkı büdcəni müzakirə edəcək şura üzvləri baş məşqçi Əsgər Abdullayevin postunda qalıb-qalmayacağına da qərar verəcəklər. Ə.Abdullayevin postundan kənarlaşdırılması haqda qərar verilərsə, yeni əcnəbi məşqçinin axtarışı gündəmə çıxarılacaq.

Xəbər 814 dəfə oxundu.