Junior Osvaldo: “Məncə, bu, yaxşı nəticədir” | |
Topaz Premyer Liqasının XIIIV turunda keçirilən “Kəpəz” – “Neftçi” (1:1) oyunundan sonra Junior Osvaldo klubun rəsmi saytına matçla bağlı fikirlərini bildirib. Komandamızın futbolçusu qələbə üçün meydana çıxdıqlarını, amma bu məqsədə çata bilmədiklərini təəssüflə qeyd edib: “Onu deyə bilərəm ki, “Neftçi”yə qarşı yaxşı oynadıq. Əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Oyunda daha çox qol vurmaq üçün şanslarımız oldu, ancaq təəssüf ki, bundan yararlana bilmədik. Hələlik çempionatın yarısını arxada qoymuşuq, 18 oyun keçirmişik və turnir cədvəlinin 5-ci pilləsindəyik. Məncə, bu, yaxşı nəticədir. Yaxşı istirahət etdikdən sonra səylə hazırlaşıb, mövsümün sonunda arzuladığımız məqsədə çata bilərik”. “Sarı-göylər”in yarımmüdafiəçisi 90 dəqiqə ərzində komandaya dəstək verən azarkeşlərə təşəkkürünü çatdırıb: “Bütün azarkeşlərə minnətdarıq. Oyunlarımızın hamısında bizi ürəkdən dəstəklədilər. Belə də davam etsinlər. Fanatların dəstəyi ilə uğurlu nəticələrə imza atıb, daha irəliyə gedəcəyik”. |
|
Xəbər 743 dəfə oxundu. |
|
|