Şəhriyar Məmmədyarov “Qatar Masters Open-2015” beynəlxalq şahmat turnirində ilk qələbəsini qazanıb | |
Qətərin paytaxtı Dohada “Qatar Masters-2015” beynəlxalq şahmat turniri start götürüb. Turnirdə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovla yanaşı, hazırkı dünya çempionu Maqnus Karlsen, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və digər tanınmış şahmatçılar iştirak edirlər. Birinci turda Şəhriyar Məmmədyarov Ukrayna təmsilçisi Natalia Jukova üzərində qələbə qazanaraq aktivinə ilk xalını yazmağa müvəffəq olub. İkinci turda həmyerlimizin rəqibi Sinqapur şahmatçısı Jonq Janq olacaq. Otuz ölkədən şahmatçının qatıldığı yarış İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir. |
|
Xəbər 807 dəfə oxundu. |
|
|