Marina Durunda bədii gimnastika üzrə Azərbaycan birinciliyinin qalibi olub | |
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyi və bölgələrarası kubok yarışları başa çatıb. 160 gimnastın iştirak etdiyi turnirın sonuncu günü peşəkar gimnastların çıxışı ilə yadda qalıb. Böyüklər arasında milli komandanın yeni qrup fəndləri ilə nümunəvi proqram çıxışı nümayiş etdirilib. Sonra yarışın iştirakçıları mükafatlandırılıb. Azərbaycan yığmasının lider atleti, birinci Avropa Oyunlarının gümüş, 2015-ci il Avropa çempionatının bürünc medalçısı, Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının lisenziya sahibi Marina Durunda bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyinin qalıbı olub. İkinci yeri 2014-ci il Avropa çempionatının ikiqat mükafatçısı Jalə Piriyeva, üçüncü yeri isə Renata Ələkbərova tutub. 2015-ci ilin son idman tədbiri maraqlı konsert proqramı ilə başa çatıb. |
|
Xəbər 890 dəfə oxundu. |
|
|