Dünya Kuboku yarışlarında Azərbaycanı dörd boksçu idmançı təmsil edəcək | |
Neft hasil edən ölkələr arasında boks üzrə XIII Dünya Kuboku yarışlarının iştirakçıları Xantı-Mansiyskə gəliblər. Sibir neftini kəşf etmiş azərbaycanlı Fərman Salmanovun xatirəsinə həsr edilmiş bu turnirdə dünyanın 20 ölkəsindən (Finlandiya, Almaniya, İsveç, Bolqarıstan, Moldova, Litva, Azərbaycan, Çin, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Belarus, Polşa, Fransa, Serbiya, Mərakeş və Rusiya) 145 boksçu iştirak edəcək. Dünya Kubokunda Azərbaycanı dörd idmançı təmsil edəcək. Ölkəmizin kişilərdən ibarət yığma komandasına İbrahim İbrahimov (52 kq), Yevgeni Ramaşkeviç (60 kq), Cavid Dadaşov və Ramal Yusifzadə (hər ikisi 69 kq) daxildir. Xantı-Mansiyskdə Azərbaycan nümayəndə heyətini məşqçilər Rafiq İsmayılov və Vüqar Ələkbərov, habelə referi Anar Nağdıyev müşayiət edirlər. Neft hasil edən ölkələr arasında boks üzrə XIII Dünya Kuboku dekabrın 17-dən 20-dək keçiriləcək. |
|
Xəbər 828 dəfə oxundu. |
|
|