“Fənərbağça”nın Avropa Liqası yarışlarındakı rəqibi “Lokomotiv” cəzalandırıla bilər | |
“Fənərbağça” futbol klubunun UEFA Avropa Liqası yarışlarının onaltıdabir final mərhələsindəki rəqibi “Lokomotiv” (Moskva) cəzalandırıla bilər. Belçikanın “FederBet” bukmeker şirkəti UEFA-ya şikayət məktubu göndərib. Buna səbəb Avropa Liqasının qrup mərhələsinin son turunda “Skenderbeu” (Albaniya) –“Lokomotiv” matçında baş verən hadisələrdir. Şirkətin iddiasına görə oyunda danışılmış qollar vurulub. Xatırladaq ki, görüşün 2 qolu son dəqiqələrdə vurulub. Matçın 77-ci dəqiqəsində hesab 1:0 olarkən Asiya bazarında üst proqnozuna külli miqdarda pul qoyuluşu edilib. Maraqlıdır ki, hesabın 87-ci dəqiqəyədək dəyişməməsinə baxmayaraq pul qoyuluşları davam edib. Oyunun 88 və 90-cı dəqiqələrdə “Lokomitv” daha 2 qol vurub və proqnoz doğrulub. “FederBet” şirkəti görüşün sonlarında “Skenderbeu” klubunun müdafiəsində baş verən qəribə xətaları da diqqətə çatdırıb. |
|
Xəbər 826 dəfə oxundu. |
|
|