"Neftçi"dən ardıcıl 11-ci qələbə | |
“Neftçi” PFK-nın U-15 komandası AFFA-nın təşkil etdiyi Boulevard Hotel U-15 liqasında ardıcıl 11-ci qələbəsini qazanıb. Komandamız XVII turda “Kəpəz” klubunu 1:0 hesabı ilə məğlub edib. "Neftçi" eyni zamanda quru oyunlar seriyasını 7-yə çatdırıb. Yeganə qolu isə Valeh Qəhrəmanlı vurub. Qeyd edək ki, 17 oyundan 43 xal toplayan komandamız liderlər qrupunda qərarlaşıb. |
|
Xəbər 665 dəfə oxundu. |
|
|