Topaz Premyer Liqası, AZAL “Xəzər Lənkəran”ı məğlub etdi | |
Topaz Premyer Liqasının XVI turunda “Xəzər Lənkəran”ı qəbul edən AZAL 1-0 hesablı qələbə qazandı. Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Maraqsız, sıxıcı bir oyun alındı. Hər oyundan sonra eyni sözləri demək məni bezdirir. Mən eyni sözləri təkrar etməkdən bezirəm, amma bəzi oyunçular eyni səhvləri təkrar etməkdən bezmir. Hər dəfə fərdi səhvlərdən sonra qollar buraxırıq. Əgər AZAL-ın qol epizodları çox olsaydı, rəqibin üstün futbol sərgilədiyini deyərdim. Sıxıcı, eynisəviyyəli bir matç izlədik. Qələbə AZAL-ın oldu, rəqibi təbrik edirəm. Qış fasiləsi zamanı rəhbərliklə danışacağıq. Bəzi dəyişikliklər olmalıdır. Belə komanda ilə çempionatı sona çatdırmaq mümkün deyil”. Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Açığı, futbolçulara söyləmişdim ki, ağır oyuna çıxırıq. Rəqibin heyətindəki gənc oyunçuların çıxışlarını izləmişdim, istəklidirlər. Məqsədimiz 3 xal qazanmaq idi. 3 xalı qazanıb, bir az rahat nəfəs aldıq. Komandamda, xüsusən, hücumda problemlər çoxdur. Zədəli oyunçularımız var, Seymur Əsədov üçün isə mövsüm başa çatıb. Bütün bu problemlərin fonunda qarşıdakı iki oyunu da yaxşı nəticələrlə başa vurub, qış fasiləsinə turnir cədvəlinin normal pilləsində gedək”. |
|
Xəbər 738 dəfə oxundu. |
|
|