Bakının “Azəryol” komandası Finlandiyanın “Salo” klubuna qalib gəlib | |
Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində səfərdə Finlandiyanın “Salo” klubu ilə qarşılaşıb. “Salohali” arenada təşkil olunan görüşdə Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu dekabrın 16-da Bakıda təşkil olunacaq. Qeyd edək ki, komandamız turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırıb. |
|
Xəbər 808 dəfə oxundu. |
|
|