Qədir Hüseynov İsraildə keçirilən beynəlxalq turnirdə iştirak edir | |
Bu gün İsrailin Aşdod şəhərində Peşəkar Şahmat Assosiasiyasının təşkil etdiyi sürətli şahmat üzrə beynəlxalq turnir start götürür. Turnirdə ölkəmizi beynəlxalq qrossmeyster Qədir Hüseynov təmsil edəcək. Yarışda A və B qruplarında ümumilikdə dünyada tanınmış 12 zəka sahibi mübarizə aparacaq. “A” qrupunda təmsilçimizlə yanaşı D.Yakavenko, Y.Nepomniyaşiy (hər ikisi Rusiya), S.Sevyan (ABŞ), K.Qeorqiev (Bolqarıstan), B.Qelfand (İsrail), B qrupunda - İ.Smirin, E.Sutovski (hər ikisi İsrail), V.İvancuk, P.Elyanov (Ukrayna), E.Bakro (Fransa) və R.Rapport (Macarıstan) iştirak edirlər. Turnir dairəvi sistem üzrə keçirilir və dekabrın 10-da başa çatacaq. |
|
Xəbər 658 dəfə oxundu. |
|
|