Unibank Premyer Liqasının 19-cu turu təxirə salına bilər | |
Azərbaycanın futbol üzrə milli çempionatının oyunları təxirə salına bilər. İdman.com.az saytı xəbər verir ki, yaxın gündə şaxtalı, qarlı və güclü küləkli hava şəraiti müşahidə olunarsa, həftəsonu Unibank Premyer Liqasının 19-cu turunun oyunları təxirə salınacaq və başqa vaxta keçiriləcək. Qeyd edək ki, oyunlar fevralın 10-11-də baş tutmalıdı. 19-cu tur çərçivəsində fevralın 10-da AzAL (Bakı) - "Sumqayıt", "Qarabağ" (Ağdam) - "Simurq" (Zaqatala), fevralın 11-də isə "Turan" (Tovuz) - "Xəzər Lənkəran", "İnter" (Bakı) - "Rəvan" (Bakı), "Kəpəz" (Gəncə) - "Qəbələ", "Bakı" - "Neftçi" (Bakı) görüşləri keçirilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, fevralın 7-si axşamdan Bakı ərazisində hava şəraiti yenidən kəskin soyuqlaşacaq və çovğun olacaq. |
|
Xəbər 1052 dəfə oxundu. |
|
|