Lionel Messi bu mövsümdə İspaniyanın ən yaxşı oyunçusu hesab edilib | |
Barselona futbol klubunun Argentinalı hücumçusu Lionel Messi İspaniyanın 2014-2015-ci illər mövsümünün ən yaxşı oyunçusu adı uğrunda mübarizədə portuqaliyalı Kriştianu Ronaldunu geridə qoyub. “Real” klubunun portuqaliyalı hücumçusu hazırkı mövsümdə qolların sayına görə (35 oyunda 48 qol) irəlidə olsa da, “ən yaxşı forvard” adını ala bilməyib. Bu ad və mövsümün ən yaxşı oyunçusu mükafatı Lionel Messiyə (38 oyunda 43 qol) qismət olub. Kriştianu Ronaldu yalnız tamaşaçıların versiyasına görə ən yaxşı oyunçu hesab edilib. Yalnız bir nominasiyadan başqa digər mükafatların hamısını “Barselona” və “Real” klublarının nümayəndələri öz aralarında bölüşüblər. Ən yaxşı məşqçi adını Kataloniya təmsilçisi Luis Enrike, ən yaxşı qapıçı adını Klaudio Bravo, İspaniya klublarında oynayan ən yaxşı cənubi amerikalı forvard adını isə bu klubun braziliyalı hücumçusu Neymar qazanıb. “Real” klubunun oyunçuları Serxio Ramos və Ceyms Rodriges isə müvafiq olaraq “ən yaxşı müdafiəçi” və “ən yaxşı yarımmüdafiəçi” nominasiyalarının qalibi olublar. Bu kompaniyaya yalnız Afrika qitəsinin ən yaxşı nümayəndəsi adı ilə “Valensiya” klubunun futbolçusu Fequli qoşula bilib. |
|
Xəbər 717 dəfə oxundu. |
|
|