Azərbaycan milli komandası “Böyük dəbilqə” turnirində iştirak edəcək | |
Cüdo üzrə Azərbaycan milli komandası Yaponiya paytaxtında keçiriləcək “Böyük dəbilqə” turnirində iştirak edəcək. Yarış iki gün, dekabrın 4-dən 6-dək davam edəcək. Qeyd edək ki, sözügedən turnir beynəlxalq mövsümün sonuna təsadüf edən son reytinq yarışıdır. Komandamiz Yaponiyada az heyətlə təmsil olunacaq. Tatami üzərinə 100 kiloqrama qədər çəkisi olan Elmar Qasımov və Elxan Məmmədov çıxacaq. Bütövlükdə, bu turnirə 96 ölkədən 536 idmançı qatılacaq. “Böyük dəbilqə”nin favoriti isə ev sahibləri hesab edilir. |
|
Xəbər 798 dəfə oxundu. |
|
|