Məcburiyyətdən “Şəfa”nı seçdilər
“Qarabağ” klubu mövsümün 2-ci yarısının hazırlıqlarının son mərhələsinə qədəm qoyub. İdman.com.az saytının məlumatına görə, ağdamlılar Unibank Premyer Liqasının XIX turunun “Simurq”la oyunu ərəfəsində son məşqlərini Bakıda keçirirlər. Amma paytaxtda davam edən qeyri-sabit hava şəraiti komandanın planlarına təsirsiz ötüşməyib. Qurban Qurbanovun komandası məcburiyyətdən “Şəfa” stadionunda məşq keçməli olub.

Xəbər 1023 dəfə oxundu.