Cənubi Amerika FİFA prezidentliyində Canni İnfantinonu dəstəkləyəcək | |
Qarşıdan gələn FİFA prezidentliyinə seçkilərdə Cənubi Amerika futbol Konfederasiyası (KONMEBOL) UEFA baş katibi Canni İnfantinonun namizədliyi dəstəklənəcək. Belə bir bəyanatla qurum prezidenti Xuan Anxel Naput çıxış edib: “Biz vahid blok olaraq İnfantinonun lehinə səs verəcəyik. Onunla danışığımız olub və qərara almışıq ki, bizə lazım olan insan elə budur”. Qeyd edək ki, FİFA prezidentliyinə seçkilər növbəti ilin fevralın 27-də keçiriləcək. |
|
Xəbər 927 dəfə oxundu. |
|
|