“Yunanıstanda qələbə qazanmalıyıq”
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK (Yunanıstan) –“Qəbələ” oyunundan əvvəl keçirilən mətbuat konfransında “qırmızı-qaralar”ın futbolçusu Aleksey Antonov da iştirak edib. Ukraynalı hücumçunun fikirlərini sizlərlə bölüşürük:

“PAOK-la qarşılaşmaya çox yaxşı köklənmişik. Hamı kimi, mən də yaxşı başa düşürəm ki, Yunanıstanda qələbə qazanmalıyıq. UEFA Avropa Liqasının qrup mərhələsini adlamaq üçün 3 xal vacibdir. Biz də oyun öncəsi mübariz əhval-ruhiyyədəyik. Bu matçda itiriləcək bir şeyimiz yoxdur. Bu üzdən də geri çəkilmək olmaz. Rəqibimizin güclü olduğunu da bilirik. Ona görə də yaxşı oynamalıyıq. Arxa xətdə də, hücumda da diqqətli olmaq lazımdı ki, lazım olan nəticəni əldə edək. Düşünürəm ki, sabah çox maraqlı oyun olacaq. PAOK – “Qəbələ” qarşılaşmasının necə başa çatacağını isə proqnozlaşdırmaq mümkünsüzdür”.

Xəbər 722 dəfə oxundu.