Azərbaycanın stolüstü tennisçıləri Sankt – Peterburqda keçirilən turnirində iştirak edəcəklər | |
Noyabr ayının 24 - də Rusiyanın Sankt–Peterburq şəhərində Nikolay Nikitinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında stolüstü tennis üzrə XV açıq turnirə start veriləcək. Ənənəvi olaraq keçirilən və bu ildən etibarən Beynəlxalq Stolüstü Tennis Federasiyasının təqviminə daxil edilən tədbirin nəticələrinə əsasən iştirakçıların beynəlxalq reytinqi müəyyən ediləcək. Turnirdə ölkəmizi Azərbaycanın yığma komandasının baş məşqçisi Aleksandr Zudovun və məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə idmançılarımız Kənan Pənahov, Emin Məmmədov, Sadıq Sadiqov, Nəzakət Qarayeva və Zou Çuyi təmsil edəcəklər. Turnir noyabrın 29- da başa çatacaq. |
|
Xəbər 771 dəfə oxundu. |
|
|