Azərbaycan nümayəndəsi Avropa çempionatında ikinci nəticə göstərib
Qadınlardan və kişilərdən ibarət komandalar arasında şahmat üzrə Avropa çempionatları başa çatıb. Fərdi nəticələr də maraqlıdır: çıxışlarının reytinqinə əsasən hər lövhə arxasında ən yaxşı oyunçular müəyyən edilib.

Azərbaycan nümayəndələri arasında lövhələr üzrə ən yaxşı nəticə göstərən Arkadi Naydiç üçüncü lövhədə ikinci yeri tutub. Bu lövhədə ən yaxşı nəticə göstərən isə gürcü Levan Pantsulaya olub.

Arkadi Naydiç çempionatda oynanılmış doqquz partiyadan səkkizində çıxış edib. Onun çıxış reytinqi (2773 bənd) üçüncü yeri tutmuş Macarıstan nümayəndəsi Zoltan Almaşinin nəticəsindən 15 bənd çoxdur.

Xəbər 697 dəfə oxundu.