Avroliqanın qrup mərhələsində “PAOK”-“Qəbələ” matçını idarə edəcək hakimlər müəyyənləşib
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “PAOK” (Yunanıstan)–“Qəbələ” (Azərbaycan) görüşünü idarə edəcək hakimlər məlum olub.

Matçın baş hakimi danimarkalı Yakob Kehlet olacaq. Ona həmyerliləri Henrik Larsen və Lars Riks kömək edəcəklər. Əlavə köməkçi hakim funksiyasını Mads-Kristoffer Kristoffersen və Peter Kyesqor-Andersen yerinə yetirəcək. Qarşılaşmanın dördüncü hakimi isə Lars Hummelqor olacaq.

Matç noyabrın 26-da Bakı vaxtı ilə saat 00:05-də Yunanıstanın Saloniki şəhərindəki “Tumba” stadionunda başlayacaq.

Y.Kehlet bu mövsüm “Monako” (Fransa) – “Qarabağ” (Azərbaycan) görüşünün də əsas referisi olub.

Xəbər 770 dəfə oxundu.