Paralimpiya cüdoçularımız Portuqaliyada “Rio-2016”ya lisenziya uğrunda yarışacaqlar | |
Noyabrın 24-dən 30-dək Portuqaliyanın Odivellas şəhərində paralimpiyaçı cüdoçular arasında açıq Avropa çempionatı keçiriləcək. Yarışda Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo yığması da iştirak edəcək. Paralimpiyaçılar turnirdə “Rio-2016” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazanacaqlar. Qeyd edək ki, öncəki yarışlarda Azərbaycanın paralimpiya cüdoçuları “Rio-2016”ya iki lisenziya qazanıblar. Braziliyada təşkil olunacaq mötəbər turnirdə Bayram Mustafayev (66 kq) və Ramil Qasımov (73 kq) tatami üzərinə çıxacaqlar. |
|
Xəbər 736 dəfə oxundu. |
|
|