Şahmat üzrə komandalararası Avropa çempionatına yekun vurulub | |
Reykyavikdə keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı sona çatıb. Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları IX turda fərqli nəticələr göstəriblər. Kişilərdən ibarət yığma son turda qara fiqurlarla Almaniya ilə heç-heçə edib - 2:2. Birinci lövhədə Şəhriyar Məmmədyarov Liviu-Diter Nisipyanunu yensə də, Teymur Rəcəbov Georq Mayerlə, Rauf Məmmədov Daniel Fridmanla heç-heçə edib. Eltac Səfərli isə Rayner Buhmana uduzub. Bu nəticə ilə Aleksandr Halifmanın kapitanı olduğu komanda 11 xalla 7-ci yeri tutub. Qadın millimiz isə ağ fiqurlarla İngiltərəyə qalib gəlib - 3,5:0,5. Gülnar Məmmədova Danya Siuksaytı, Nərmin Kazımova Zivile Sarakauskieneni, Ülviyyə Fətəliyeva Kanval Bhatyanı yenib. Birinci lövhədəki Zeynəb Məmmədyarova isə Yovanka Huska ilə heç-heçə edib. Beləliklə, Fikrət Sideifzadənin kapitanı olduğu komanda çempionatı 9 xalla 16-cı pillədə başa vurub. |
|
Xəbər 643 dəfə oxundu. |
|
|