Boks üzrə qadınlar arasında beynəlxalq turnirə start verilib
Qazaxıstanın Atırau şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnirə start verilib. Yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər.

Turnirin ilk günündə 3 boksçumuz rinqə çıxıb. Əzizə Abbasova (48 kq) qazaxıstanlı rəqibinə məğlub olub. Məshəti Həmzəyeva (54 kq) və Leyla Cavadova (75 kq) isə yarışa qələbə ilə başlayıblar.

Yarışın ikinci günündə daha 5 boksçumuz mübarizəyə qoşulub. Anaxanım Ağayeva (51 kq), Ayzanat Hacıyeva (60 kq), Leyla Həsənova (69 kq) ilk görüşlərindən məğlub ayrılıblar. Yığmamızın heyətinə yeni cəlb olunan Belovanın da (54 kq) debütü uğurlu alınmayıb. Komandamızın liderlərindən olan Yana Alekseyevna (60 kq) ilk qarşılaşmada Qazaxıstan boksçusu üzərində qələbə qazanıb.

Qeyd edək ki, yarışa noyabrın 22-də yekun vurulacaq.

Xəbər 769 dəfə oxundu.