Ağır atletika üzrə dünya çempionatına start verilib
Noyabrın 20-də ABŞ-ın Hyuston şəhərində ağır atletika üzrə dünya çempionatına start verilib.

80-dən çox ölkədən idmançıların qatıldığı yarışda Azərbaycan 11 atlet ilə təmsil olunur.

Qadınların mübarizəsində Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Anastasiya İbrahimli (69 kq), kişilərin yarışında isə Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Əfqan Bayramov, Elxan Əliquluzadə (hər ikisi 77 kq), Rövşən Fətullayev, İntiqam Zairov (hər ikisi 94 kq), Nailxan Nəbiyev və Dadaş Dadaşbəyli (hər ikisi 105 kq) körpücük üzərinə çıxacaqlar.

Turnirin ilk günündə Azərbaycanın bir atleti – Silviya Angelova qüvvəsini sınayacaq. O, ilkin olaraq özünü 165 kiloqram çəkidə sınayacaq.

Digər qadın atletlərdən B.Kostova noyabrın 23-də, A.İbrahimli isə üç gün sonra yarışa qoşulacaq. Kişilərin yarışında V.Xristov noyabrın 22-də mübarizəyə start verəcək. Noyabrın 23-də F.Quliyev, ertəsi gün Ə.Bayramov, E.Əliquluzadə, noyabrın 26-da R.Fətullayev, İ.Zairov, noyabrın 27-də isə N.Nəbiyev və D.Dadaşbəyli körpücük üzərinə çıxacaqlar.

Xəbər 829 dəfə oxundu.