Felipe Ribeyro dos Santos: «Mənasız səhvlər ucbatından uduzduq» - MÜSAHİBƏ | |
Azərbaycan millisinin aparıcı futzalçısı Felipe komandamızın Avro- -2012-nin qrup mərhələsindəki uğursuz çıxışına münasibətini bildirib. İdman.com.az saytının məlumatına görə, azerisport.az-a müsahibəsində o, Portuqaliya (1:4) və Serbiyaya (8:9) kolektivlərinə məğlubiyyətə şərh verib: - Siz Serbiyaya məğlubiyyətdən sonra ağlayırdız. - Mən bununla barışa, üzüntümü saxlaya bilmədim. Özü də tək mən yox. Oyundan sonra onların çoxu ağladı. Təbii ki, səndən zəif olan bir rəqibə uduzmaq çox üzücüdür. Azərbaycan həqiqətən Serbiyadan güclüdür. Belə vacib oyunda bu qədər üstün ol, qələbəni əldən ver... Bu, üzüntüdən başqa heç nə ilə əlaqədar deyil. - Belədə, komanda niyə uduzdu? - Mənasız səhvlər ucbatından. Ən başlıcası, qapıçımızı meydandan qovan hakimin səhvi nəticəsində uduzduq. Əminəm ki, Andrey Tveryankin heyətdə olsaydı, biz serbləri məğlub edəcəkdik. - Hələ bu yarışa qədər komandanın zəif hazırlığından danışırdız. Səhvlər ordan qaynaqlanmırdı ki? - Avropa çempionatının gedişində biz turnirə qədər danışdığımız, düşündüyümüz qədər pis oynamadıq. Əksinə, Portuqaliya ilə oyunda özümüzü yaxşı tərəfdən göstərdiyimizi düşünürəm. Bu komanda qitə çempionatının əsas favoritlərindəndir. Biz onlara qarşı layiqli mübarizə aparsaq da, sadəcə bəxtimiz gətirmədi. - Yığmamızın belə erkən vidalaşacağınızı gözləyirdiz? - Gözləmirdim də, istəmirdim də. Fikirləşirdim ki, bu, fevralın 7-dən tez baş verməyəcək. Hansı ki, pley-offa çıxsaydıq, 1/4 final mərhələsindəki oyunumuzu məhz həmin gün keçirəcəkdi. - Bəlkə millinin hazırkı heyəti artıq tükənib? - Mən belə hesab etmirəm. Əgər komanda bu oyunlarda çarəsiz görünsəydi, çox zəif təsir bağışlasaydı, bəlkə də bundan danışmağa dəyərdi. İndi Azərbaycan yığması yaxşı mübarizə bacarığı olan bir komandadı və ən yüksək hədəflərə çata bilər. - Düşünmürsüz ki, uğursuzluqda bəxt amilini önə çəkməyiniz bir qədər inanılmaz görünür? - Başqa cür də olsa, əsas səbəb məhz budur. Əlbəttə, başqa səbəblər də az deyil. Məsələn qol vəziyyətlərinin boşa verilməsi, tez-tez top itkisi və sair. Amma bütün bunlar haqda danışmaq artıq gecdi. İndi bu mövsüm bizim özümüzü təsdiqləmək üçün bircə şansımız var. Apreldə komandanı dünya çempionatına vəsiqə verən pley-off oyunları olacaq. Əgər orda qələbə qazansaq, Azərbaycan futzalı tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanacağıq. |
|
Xəbər 1085 dəfə oxundu. |
|
|