Vüqar Həşimov «Verder»ə qələbə qazandırdı | |
Milli komandamızın aparıcı şahmatçısı Vüqar Həşimovun Almaniya Bundesliqasında şərəfini qoruduğu «Verder» klubu növbəti görüşünü keçirdib. İdman.com.az saytının məlumatına görə, VIII turda Bremen təmsilçisi «Katernberq»lə görüşüb. Matç həmyerlimizin komandasının qələbəsi ilə bitib – 5,5:2,5. Bu uğurda qrossmeysterimizin də payı olub. O, 1-ci lövhədə Parimarj Negeni məğlub edib. Hesabında 13 xal olan «Verder» yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. İlk yeri Vüqarın ötənilki komandası «Baden Baden» tutur (14 xal). |
|
Xəbər 1026 dəfə oxundu. |
|
|