Şahmat üzrə Avropa çempionatı davam edir
İslandiyanın Reykyavik şəhərində davam edən Avropa çempionatında bu gün Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət komandaları VI turun görüşlərini keçirəcəklər. Rəqiblər müvafiq olaraq, Hollandiya ilə Polşadır.

5 turdan sonra Azərbaycanın kişilərdən ibarət komandası 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət və 7 xalla 5-ci pillədə qərarlaşıb. Eyni xala malik Hollandiya isə 6-cı pillədədir.

Qadınlardan ibarət Azərbaycan komandası 3 qələbə və 2 məğlubiyyət nəticəsində 6 xalla 11-ci, eyni xala malik Polşa 9-cudur.

Xəbər 843 dəfə oxundu.