Roman Qriqorçuk Ukrayna millisinin baş məşqçisi olmayacaq | |
“Qəbələ” futbol klubunun baş məşqçisi Roman Qriqorçuk Ukrayna yığmasının sükanı arxasına keçəcək namizədlər siyahısında yer almır. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda bu ölkənin milli komandasının sükanı arxasına keçməyə əsas namizəd Andrey Şevçenko hesab olunur. Bu barədə Ukrayna yığmasının digər sabiq futbolçusu Artyom Milevski məlumat verib. Qeyd edək ki, R.Qriqorçuk bu barədə xəbərlər yaranan ilk gündən Ukrayna yığmasını çalışdırmaq yox, “Qəbələ”dəki karyerası barədə düşündüyünü vurğulamışdı. |
|
Xəbər 796 dəfə oxundu. |
|
|